BAKI, 21 aprel. TELEQRAF
UFC (Ultimate Fighting Championship), dünyanın aparıcı qarışıq döyüş sənətləri təşkilatı, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Bakı Şəhər Halqası Əməliyyat Şirkəti ilə çoxillik əməkdaşlıq müqaviləsi imzalayıb.
Bakı Şəhər Halqasından Teleqraf-a verilən məlumata görə, müqaviləyə əsasən, 2028-ci ilədək Bakıda hər il UFC Fight Night tədbirlərinin keçirilməsi planlaşdırılır.
Bu çərçivədə ilk tədbir — UFC FIGHT NIGHT BAKU 27 iyun, şənbə günü Milli Gimnastika Arenasında baş tutacaq.
Qeyd edək ki, 2025-ci ilin iyun ayında Bakı Kristal Zalında keçirilən UFC-nin debüt tədbiri 14,000-dən çox tamaşaçını bir araya gətirib. Biletlərin tam satılması regionda MMA-ya böyük marağın göstəricisi olub.