BAKI, 6 mart. TELEQRAF

Azərbaycanı UFC-də təmsil edən tanınmış döyüşçü Tofiq Musayevin növbəti qarşılaşmasının vaxtı və rəqibi müəyyənləşib.

Teleqraf “MMA Junkie” portalına istinadən xəbər verir ki, idmançımız martın 28-də ABŞ-nin Sietl şəhərində keçiriləcək turnir çərçivəsində oktaqon üzərinə çıxacaq.

Musayevin rəqibi Çili təmsilçisi İqnasio Bahamondes olacaq.

Xatırladaq ki, Tofiq Musayev MMA karyerası ərzində 22 qələbə qazanıb və 6 məğlubiyyət alıb. O, UFC-dəki ilk və son döyüşündə Bakıda qırğızıstanlı Mıktıbek Orolbaya birinci raundda məğlub olub. Onun rəqibi İqnasio Bahamondes (17-6) də sonuncu dəfə Bakıdakı turnirdə çıxış edib və digər təmsilçimiz Rafael Fiziyevə hakim qərarı ilə uduzub.