BAKI, 7 dekabr. TELEQRAF
Azərbaycanlı UFC döyüşçüsü Rafael Fiziyevin növbəti rəqibi müəyyənləşib.
Teleqraf xəbər verir ki, o, UFC 325 turnirində braziliyalı Maurisio Rufi ilə qarşılaşacaq.
Döyüş fevral 1-də keçiriləcək.
Hazırda Fiziyev yüngül çəkinin reytinqində 9-cu, Rufi isə 14-cü pillədə qərarlaşıb.
Qeyd edək ki, Rafael Fiziyev son döyüşündə çilili İqnasio Bahamondesi məğlub edib, Maurisio Rufi isə fransalı Benua Sen-Deniyə erkən məğlub olub.