BAKI, 7 dekabr. TELEQRAF
Azərbaycanlı UFC döyüşçüsü Nazim Sadıxov ABŞ-nin Las-Veqas şəhərində təşkil olunan UFC 323 turnirində fransalı Fares Ziama nokautla uduzduqdan sonra sosial şəbəkə hesabında paylaşım edib.
Teleqraf xəbər verir ki, 31 yaşlı idmançı izləyicilərinə təşəkkür edib.
“Qazanmaq, uduzmaq və ya heç-heçə etmək, həmişə belədir. Əlhəmdulillah. Komandama və mənim üçün dua edən hər kəsə təşəkkür edirəm” - deyə, Sadıxov qeyd edib.