BAKI, 14 oktyabr. TELEQRAF
Azərbaycanlı UFC döyüşçüsü Nazim Sadıxovun növbəti rəqibi müəyyənləşib.
Teleqraf xəbər verir ki, o, UFC 323 turnirində fransalı Fares Ziamla üz-üzə gələcək.
Döyüş dekabrın 6-da ABŞ-nin Nevada ştatının Paradays şəhərində keçiriləcək.
Qeyd edək ki, Nazim Sadıxov son olaraq Bakıdakı “UFC Döyüş Gecəsi”ndə braziliyalı Nikolas Mottanı nokaut edib. Fares Ziam karyerası ərzində keçirdiyi 21 döyüşün 17-də (6 nokaut) qalib gəlib.