BAKI, 13 oktyabr. TELEQRAF

Rusiyalı döyüşçü, UFC-nin orta çəki dərəcəsində çempionu Həmzət Çimayev İsveç vətəndaşlığı almaq təklifindən imtina edib.

Teleqraf xəbər verir ki, bu barədə idman bloqeri Adam Zubayrayev məlumat verib.

O bildirib ki, 2013–2023-cü illərdə İsveçdə yaşayan Çimayev belə bir imkandan yararlanmaq istəməyib. İdmançının yaşayış icazəsi, vöeni də olub.

Qeyd edək ki, Xamzat Çimayev Rusiya vətəndaşıdır, lakin UFC-də Birləşmiş Ərəb Əmirliklərinin bayrağı altında çıxış edir.