BAKI, 30 iyun. TELEQRAF

Gürcüstanın Batumi şəhərində boks üzrə beynəlxalq turnir keçirilib.

Teleqraf xəbər verir ki, Azərbaycan millisi yarışda 1 medal qazanıb.

Fəxri kürsüyə Elbrus Adıgözəlov yüksəlib. 60 kq-da çıxın edən boksçu gümüş medala sahib olub.

Qeyd edək ki, turnirdə 10 ölkənin boksçuları mübarizə aparıb.