BAKI. 22 iyun. TELEQRAF

Bakı Kristal Zalında Azərbaycan təmsilçisi Nazim Sadıxov və braziliyalı İqnasio Motta arasındakı qarşılaşma UFC-də gecənin döyüşü seçilib.

Teleqraf xəbər verir ki, hər iki döyüşçüyə əlavə olaraq, 100 min dollar verilib.

Qeyd edək ki, qarşılaşma ikinci raundda Sadıxovun nokautla qələbəsi ilə yekunlaşıb.