BAKI, 1 may. TELEQRAF

Tacikistanın paytaxtı cüdo üzrə Düşənbədə Böyük Dəbilqə turnirinin püşkatma mərasimi keçirilib.

Teleqraf xəbər verir ki, püşk nəticəsində Azərbaycanın Azərbaycanı 6 çəki dərəcəsində təmsil edəcək 8 cüdoçusunun ilk rəqibləri müəyyənləşib.

Kişilər
60 kq

1/8 final

Balabəy Ağayev - Muhammad Fathur Rohman (İndoneziya) / Acıtı Dombuu (IJF) cütünün qalibi ilə

66 kq
1/8 final

Yaşar Nəcəfov - Exson Safarzoda (Tacikistan)

73 kq
1/8 final

Vüsal Qələndərzadə - Yunlonq Qou (Çin) / Anqsarbek Qaynullin (Qazaxıstan) cütünün qalibi ilə

81 kq
1/8 final

Süleyman Şükürov - Batsuqar Qansux (Monqolustan)

90 kq
1/8 final

Vüqar Talıbov - Nikoloz Davladze (Gürcüstan)
Elcan Hacıyev - Muzamir Karimzoda (Tacikistan)

+100 kq
1/8 final

Camal Qamzatxanov - Artyom Zolotuxin (IJF)
Kənan Nəsibov - Rahmatullo Mirzoyev (Tacikistan)

Qeyd edək ki, yarış mayın 2-də Bakı vaxtı ilə saat 12:30-da başlayacaq. Medal görüşləri isə saat 18:00-da start götürəcək. Böyük Dəbilqə 3 gün davam edəcək.