BAKI. 26 aprel. TELEQRAF

Monteneqronun paytaxtı Podqoritsada keçirilən Avropa çempionatında bu gün cüdoçuların fərdi mübarizəsinə yekun vurulacaq.

Teleqraf-ın məlumatına görə, Azərbaycanın ağır çəkilərdəki 3 təmsilçisi tatami üzərinə çıxacaq.

100 kq çəkidə olimpiya, dünya və Avropa çempionu Zelim Kotsoyevin ilk görüşü 1/8 finala təsadüf edəcək. Bu, Kotsoyevin olimpiya çempionu olduğu Paris-2024 Oyunlarından sonra birinci yarışı olacaq.

100 kq-dan yuxarı çəkidəki Uşangi Kokauri və qadınların mübarizəsində 78 kq-dan yuxarı çəkidə yer alan Nigar Süleymanova isə çıxışlarına 1/16 finaldan başlayacaqlar.

Avropa çempionatı
26 aprel
Kişilər

100 kq
Zelim Kotsoyev - Simeon Georgiatis (Yunanıstan) / Aristos Mixael (Kipr) cütünün qalibi

+100 kq
Uşangi Kokauri - Patrik Bronyek (Polşa)

Qadınlar

+78 kq
Nigar Süleymanova - Sofio Somxişvili (Gürcüstan)

Qeyd edək ki, indiyədək Azərbaycan cüdoçularından Əhməd Yusifov (60 kq), Rəşid Məmmədəliyev (73 kq), Zelim Tçkayev (81 kq) və Murad Fətiyev (90 kq) bürünc medal qazanıb.