BAKI, 25 aprel. TELEQRAF

Azərbaycan cüdoçusu Murad Fətiyev Monteneqronun paytaxtı Podqoritsada keçirilən Avropa çempionatında yarımfinal görüşünə çıxıb.

Teleqraf xəbər verir ki, 90 kq çəki dərəcəsində rəqib fransalı Aleksis Matyö olub.

Rəqibinə ipponla qalib gələn Fətiyev bürünc medala sahib olub.

Rəqibinə ipponla qalib gələn Fətiyev bürünc medala sahib olub.

Beləliklə, Azərbaycan millisinin Avropa çempionatında indiyədək qazandığı medal sayı 4-ə yüksəlib. Fətiyevdən əvvəl Əhməd Yusifov (60 kq), Rəşid Məmmədəliyev (73 kq) və Zelim Tçkayev (81 kq) də nüfuzlu yarışda bürünc medal əldə edib.

***18:24

Azərbaycan cüdoçusu Zelim Tçkayev Monteneqronun paytaxtı Podqoritsada keçirilən Avropa çempionatında 3-cü yer uğrunda görüşə çıxıb.

Teleqraf xəbər verir ki, 81 kq çəki dərəcəsində rəqib moldovalı Petru Pelivan olub.

Rəqibinə qızıl xal bölümündə ipponla qalib gələn Tçkayev çempionatın bürünc medalını qazanıb.

Qeyd edək ki, bu gün Murad Fətiyev (90 kq) da bürünc medal uğrunda mübarizə aparacaq.

*** 16:35

Azərbaycan cüdoçusu Murad Fətiyev Monteneqronun paytaxtı Podqoritsada keçirilən Avropa çempionatında yarımfinal görüşünə çıxıb.

Teleqraf xəbər verir ki, 90 kq çəki dərəcəsində rəqib İtaliya təmsilçisi Kristian Parlati olub.

Qarşılaşmadan məğlub ayrılan Fətiyev mübarizəni bürünc medal uğrunda davam etdirəcək. O, fransalı Aleksis Matyö ilə qarşılaşacaq.

*** 16:22

Azərbaycan cüdoçusu Zelim Tçkayev Monteneqronun paytaxtı Podqoritsada keçirilən Avropa çempionatında yarımfinal görüşünə çıxıb.

Teleqraf xəbər verir ki, 81 kq çəki dərəcəsində yer alan 25 yaşlı idmançının rəqibi Gürcüstan təmsilçisi Tato Qriqalaşvili olub.

Rəqibinə ipponla uduzan Tçkayev mübarizəni bürünc medal uğrunda davam etdirəcək. Rəqib isə moldovalı Petru Pelivan olacaq.

O, əvvəlki mərhələlərdə ardıcıl olaraq, isveçrəli Orelyen Bonferroni, moldovalı Dorin Qotonoaqa və italiyalı Antonio Espozitonu üstələyib.

Bu çəkidəki digər azərbaycanlı cüdoçu Ömər Paşayev isə ilk görüşündə finlandiyalı Eetu İhanamakiyə qalib gəlsə də, 1/8 finalda belçikalı Mattias Kasseyə uduzaraq, mübarizəni dayandırıb.

Azərbaycanın 90 kq çəki dərəcəsindəki təmsilçisi Murad Fətiyev də yarımfinala vəsiqə qazanıb. O, Beynəlxalq Cüdo Federasiyasını təmsil edən belaruslu Aleksandr Sidorik, serbiyalı İslam Sogenov, gürcüstanlı Luka Maisuradzeni üstələyib. Finala gedən yolda Fətiyevin rəqibi italiyalı Kristian Parlati olacaq.

Bu gün tatami üzərinə çıxan 70 kq çəki dərəcəsindəki qadın cüdoçulara gəlincə, Südabə Ağayeva ilk görüşündə israilli Adelina Novitskiyə, Günel Həsənli isə ukraynalı Anna Oleynik-Korneykoya uduzaraq, mübarizəni erkən dayandırıb.

Qeyd edək ki, ilk iki yarış günündə Azərbaycan cüdoçularından Əhməd Yusifov (60 kq) və Rəşid Məmmədəliyev (73 kq) bürünc medala sahib olub.