BAKI, 25 aprel. TELEQRAF

Azərbaycan cüdoçusu Zelim Tçkayev Monteneqronun paytaxtı Podqoritsada keçirilən Avropa çempionatında yarımfinala yüksəlib.

Teleqraf xəbər verir ki, 81 kq çəki dərəcəsində yer alan 25 yaşlı idmançı 1/4 finalda italiyalı Antonio Espozitonu cəmi 8 saniyəyə ipponla məğlub edib.

O, yarımfinalda gürcüstanlı Tato Qriqalaşvili ilə üz-üzə gələcək.

Azərbaycanın 90 kq çəki dərəcəsindəki təmsilçisi Murad Fətiyev də yarımfinala vəsiqə qazanıb. Onun rəqibi isə Kristian Parlati olacaq.

Qeyd edək ki, 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında Azərbaycan cüdoçusu Elnur Məmmədli finalda 13 saniyəyə ipponla qalib gələrək, rekorda imza atmışdı.