BAKI, 24 aprel. TELEQRAF

Azərbaycan boksçusu Məhəmməd Abdullayev Rusiyanın Ufa şəhərində İBA PRO Çempionlar Gecəsində döyüşəcək.

Federasiyanın mətbuat xidmətindən Teleqraf-a verilən məlumata görə, 92 kq-dan yuxarı çəkidə rinqə çıxacaq dünya çempionatının mükafatçısı yerli Bekxan İsrailovla görüşəcək.

Görüş 6 raund davam edəcək.

Çempionlar Gecəsindən öncə - bu gün çəki və üz-üzə mərasimi keçirilib.

Qeyd edək ki, aprelin 25-də Ufada ümumilikdə 7 döyüş keçiriləcək.