
BAKI, 7 aprel. TELEQRAF
Slovakiyanın paytaxtı Bratislavada Dünya Güləş Birliyinin Avropa Şurasının (keçmiş adı Avropa Güləş Federasiyası) İcraiyyə Komitəsinə seçkilər keçirilib.
Teleqraf xəbər verir ki, İcraiyyə Komitəsinin yeni seçilən üzvləri siyahısına ilk dəfə Serbiya Güləş Federasiyasının azərbaycanlı vitse-prezidenti Yusif Abbasov da daxil olub.
16 noyabr 1978-ci ildə Bakıda anadan olan Abbasov hazırda Serbiyanın paytaxtı Belqradda yaşayır.
Almaniyalı Karl Martin Dittman isə yenidən quruma prezident seçilib.
Qeyd edək ki, bu gün Bratislavada güləş üzrə Avropa çempionatı start götürəcək.