BAKI, 6 aprel. TELEQRAF

Serbiyanın Zlatibor şəhərində məktəblilər arasında Gimnaziadaya start verilib.

Teleqraf xəbər verir ki, bu gün sərbəst güləş üzrə yarış keçirilib.

Gimnaziadaya məşqçilər Namiq Quliyev və Elşad Allahverdiyevin rəhbərliyi altında yollanan komandanın bütün üzvləri fəxri kürsüyə qalxıb. Belə ki, Azərbaycan təmsilçiləri 2 qızıl, 3 gümüş və 5 bürünc medal qazanıblar.

Elman İsmayılovla (38 kq) İbrahim Həsənov (44 kq) qızıl, Hüseyn Rzazadə (41 kq), Fərid Hüseynli (52 kq) və Məhəmməd Həsənli (62 kq) gümüş, Tamerlan Namazlı (48 kq), Elcan Həsənov (57 kq) Xəyal Şükürlü (68 kq) Elvin Nəcəfzadə (75 kq) və Tural Eynullayev (85 kq) bürünc medala layiq görülüblər.