BAKI, 23 mart. TELEQRAF

Martın 22-də Almaniyanın Bad-Blankenburq şəhərində cüdo üzrə yeniyetmə və gənc qızlar arasında Beynəlxalq Türingiya Kuboku keçirilib.

Teleqraf xəbər verir ki, 48 kq çəki dərəcəsində mübarizə aparan Azərbaycan milli komandasının cüdoçusu Fəridə Mirzəyeva bütün rəqiblərinə qalib gələrək yarışın qızıl medalını qazanıb.

Qeyd edək ki, Azərbaycan yığması yarışda medal əyarına görə ümumi hesabda 4-cü yeri tutub.