
BAKI, 7 mart. TELEQRAF
Azərbaycan samboçusu Ramil Vəliyev antidopinq qaydalarını pozduğu üçün 5 il müddətinə diskvalifikasiya olunub.
Teleqraf-ın xəbərinə görə, bu barədə Beynəlxalq Dopinq-Test Agentliyi (ITA) məlumat yayıb.
Qeyd olunub ki, idmançıdan 2022-ci il sentyabrın 18-də götürülmüş test nümunəsinin cavabı müsbət çıxıb.
O, dopinqdən istifadə və saxtalaşdırma maddələri üzrə bütün yarışlardan kənarlaşdırılıb. 28 oktyabr 2022-ci ildə qüvvəyə minmiş cəza 27 oktyabr 2027-ci ildə başa çatacaq.
Qərar ITA-nın rəsmi saytı vasitəsilə ictimaiyyətə yenicə açıqlanıb.
Qeyd edək ki, R.Vəliyev 2022-ci il sentyabrın 15-18-də Çexiyanın Novi Sad şəhərində Avropa çempionatında döyüş sambosu növündə mübarizə aparıb və 79 kq çəki dərəcəsində gümüş medal qazanıb. O, finalda Beynəlxalq Sambo Federasiyasını təmsil etmiş əslən rusiyalı Zahid Qaydarova uduzub. Dopinq-testin də məhz final qarşılaşmasından sonra götürüldüyü güman olunur.