BAKI, 2 mart. TELEQRAF
Güləş üzrə dünya çempionatlarının üçqat gümüş mükafatçısı İrina Oloqonova antidopinq qaydalarını pozmaqda şübhəli bilinir.
Teleqraf TASS-a istinadən xəbər verir ki, rusiyalı idmançı 8 noyabr 2014-cü ildə qeydə alınmış antidopinq qayda pozuntusuna görə 24 aprel 2024-cü il tarixindən müvəqqəti olaraq yarışlardan kənarlaşdırılıb.
35 yaşlı Oloqonova 2014, 2015 və 2016-cı il dünya çempionatlarında ikinci olub. Onun aktivində Avropa çempionatlarının qızıl, gümüş və bürünc medalları da var.
Qeyd edək ki, İrina Oloqonova sonuncu dəfə 2024-cü ilin fevralında Rumıniyanın paytaxtı Buxarestdə keçirilmiş Avropa çempionatında iştirak edib. O, 1/4 finalda polşalı rəqibinə uduzub.