
BAKI, 19 fevral. TELEQRAF
Azərbaycan millisinin 3 boksçusu Rumıniyada keçirilən “Drakula Open”də yarımfinal mərhələsinə yüksəlib.
Teleqraf federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, Breila şəhərində gənclər arasında təşkil olunan yarışda milli üzvləri 1/4 final görüşlərindən qələbə ilə ayrılıblar.
Baqir Əmirxanlı (60 kq) David Barbuya (Rumıniya) üçüncü, Valeh Eyvazlı (67 kq) Rares Pursareaya (Rumıniya) ikinci raundda tam üstünlüklə qalib gəlib. Mircəlal Mirağayev (80 kq) isə rəqibi Zaxar Doroşenko (Ukrayna) döyüşə gəlmədiyi üçün qalib elan olunub.
Hər 3 boksçu yarımfinala yüksəlməklə özləri üçün ən azı bürünc medalı da təmin ediblər.
Qeyd edək ki, “Drakula Open”də final döyüşləri fevralın 23-də olacaq.