BAKI, 25 may. TELEQRAF

2026-cı il fevralın 15-də Belqrad şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında Serbiya Respublikasında qaz turbin elektrik stansiyasının işlənməsi, layihələndirilməsi, tikintisi və idarə olunması haqqında Saziş” təsdiq edilib.

Teleqraf xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Sənədə əsasən, saziş qüvvəyə mindikdən sonra onun müddəalarının həyata keçirilməsi Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən təmin ediləcək.

Bununla yanaşı, Azərbaycan Xarici İşlər Nazirliyinə sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Serbiya hökumətinə bildiriş göndərmək tapşırılıb.