BAKI, 25 may. TELEQRAF

Seneqal Prezidenti Bassiru Diomaye Faye Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Teleqraf xəbər verir ki, təbrikdə deyilir:

"Cənab Prezident.

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

Sizə və dost Azərbaycan xalqına davamlı rifah və tərəqqi arzulayıram.

Bu xoş fürsətdən istifadə edərək, ölkələrimiz arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi üçün Sizinlə birlikdə işləməyə hazır olduğumu bir daha vurğulayıram".