BAKI, 7 may. TELEQRAF
Azərbaycanda qaz təchizatı sahəsində müayinə və texniki xidmət tələblərinə əməl olunmasına monitorinqin keçirilməsi ilə bağlı qaydalarda dəyişiklik edilib.
Teleqraf xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, “Müayinə və texniki xidmətlə bağlı tələblərə riayət olunmasına monitorinqin keçirilməsi Qaydası” təsdiq edilib.
Yeni qaydalar “Qaz təchizatı haqqında” 2025-ci il 8 iyul tarixli Qanunun tətbiqi və bu sahədə nəzarət mexanizmlərinin müasirləşdirilməsi məqsədilə hazırlanıb.