BAKI, 6 may. TELEQRAF

“Azərbaycan Respublikası Hökuməti ilə Efiopiya Federativ Demokratik Respublikası Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş” təsdiq edilb.

Teleqraf xəbər verir ki, Prezident İlham Əliyev sözügedən sazişin təsdiq edilməsi haqqında Qanunu imzalayıb.

Qeyd edək ki, bu saziş fevralın 27-də Bakı şəhərində şəhərində imzalanıb.