BAKI, 24 iyun. TELEQRAF

Ərzaqlıq buğdanın dövlət tədarük qiyməti müəyyən edilib.

Teleqraf xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov sərəncam imzalayıb.

Qeyd olunub ki, müvafiq keyfiyyət göstəricilərinə uyğun yerli ərzaqlıq buğdanın bir tonunun dövlət tədarük qiyməti 2025-ci il üçün 400 manat müəyyən olunub.

Sərəncam imzalandığı gündən qüvvəyə minib.