BAKI, 7 oktyabr. TELEQRAF
Ermənistan Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparıb.
Teleqraf xəbər verir ki, Ermənistan Baş naziri Rusiya Prezidentini ad günü münasibətilə təbrik edib.
Həmsöhbətlər Ermənistan-Rusiya münasibətlərinin gündəliyindəki məsələlər barədə də fikir mübadiləsi aparıblar.