BAKI, 6 oktyabr. TELEQRAF

Ermənistan Milli Məclisinin bu günə planalaşdırılan iclası qarşılıqlı ittihamlar və dava ilə başlayıb.

Teleqraf xəbər verir ki, müxalif “Güclü Ermənistan” fraksiyasının üzvü Edqar Qazaryanın çıxışından sonra deputatlar arasında dava düşüb.

Parlamentin sədri Ruben Rubinyan bir neçə dəfə sakitliyə çağırış etdikdən sonra fasilə elan edib.

Qazaryan çıxışında Rubinyanın dövlət vəsaitlərini israf etdiyini bildirib və deputatları bonus olaraq aldıqları 250 000 dramı xərcləməməyə çağırıb. Çıxışının yarısında Rubinyan sonuncunun mikrofonunu söndürüb, bundan sonra müxalif və hakim fraksiyalarının deputatları qışqırmağa, bir-birini təhqir etməyə və itələməyə başlayıblar.

Təhlükəsizlik işçiləri Milli Məclisin iclas zalına dəvət olunublar.