BAKI, 5 sentyabr. TELEQRAF
İrəvanda Milli Qalereyada Ermənistan Milli Təhlükəsizlik Şurasının keçmiş katibi Armen Qriqoryanın “Bir addım at, Serji rədd et” kitabının təqdimatı keçirilib.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Təqdimat mərasiminə Ermənistan Baş naziri Nikol Paşinyan, parlamentin sədri Ruben Rubinyan, daxili işlər naziri Arpine Sərkisyan və Milli Təhlükəsizlik Şurasının katibi Alen Simonyan da qatılıb.
Kitab 2018-ci ildə Ermənistanda baş vermiş hakimiyyət dəyişikliyindən, o zamakı baş nazir Serj Sərkisyanın devrilməsindən və bundan sonrakı hadisələrdən bəhs edir.