BAKI, 20 avqust. TELEQRAF
Çəmbərək şəhərində Ermənistan vətəndaşının idarə etdiyi “Qaz-53” markalı avtomobil bir neçə hərbçiyə çırpılıb, onlardan biri, Suren Vardanyan ölüb.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Digər hərbçilər yaralı halda hərbi hospitala aparılıb, həyatları üçün təhlükə yoxdur.
Hadisənin tam səbəblərini aydınlaşdırmaq üçün araşdırma aparılır.