BAKI, 14 avqust. TELEQRAF

Ermənistan Avropa İttifaqı (Aİ) ölkələri ilə viza rejiminin liberallaşdırılması üzrə Fəaliyyət Planının icrası üzrə əldə olunan irəliləyişlərlə bağlı ilk hesabatı alıb.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan daxili işlər nazirinin müavini Armen Kazaryan məlumat verib.

“Viza rejiminin liberallaşdırılması üzrə dialoq çərçivəsində fəal iş mərhələsindəyik. Aldığımız hesabatda Ermənistanın atdığı addımlar müsbət qiymətləndirilib. Bizə 53 tövsiyə təqdim olunub, əslində, bunlar bundan sonra görməli olduğumuz işlərdir. Onların yerinə yetirilməsi üçün 113 tədbir hazırlamışıq, yarıdan çoxu artıq həyata keçirilib”, - Kazaryan bildirib.

Nazir müavini qeyd edib ki, ilin sonunadək daha nəzərəçarpacaq müsbət nəticələrin əldə olunacağı gözlənilir.

Ermənistanla Aİ arasında viza rejiminin liberallaşdırılması məsələsi üzrə dialoq 2024-cü ilin sentyabrında başlayıb. 2026-cı ildə Avropa Komissiyası İrəvana viza liberallaşdırılması üzrə Fəaliyyət Planının icrası ilə bağlı ilk hesabatı təqdim edib. Sənəddə dörd əsas istiqamət üzrə qruplaşdırılmış 74 tələb yer alır.