BAKI, 13 avqust. TELEQRAF
Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Nikol Paşinyanı yenidən Ermənistan Baş naziri seçilməsi münasibətilə təbrik edib.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Administrasiyası məlumat yayıb.
“Türkmənistanda Ermənistan Respublikası ilə bərabərlik, qarşılıqlı hörmət və etimad prinsiplərinə əsaslanan münasibətləri yüksək qiymətləndiririk. Əminəm ki, bu münasibətlər xalqlarımızın rifahı naminə qarşılıqlı faydalı əməkdaşlıq ruhunda daha da inkişaf edəcək və dərinləşəcək”, - Türkmənistan lideri qeyd edib.