BAKI, 5 avqust. TELEQRAF
Hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının namizədi Vaaqn Aleksanyan Ermənistan parlamentinin vitse-spikeri seçilib.
Teleqraf xəbər verir ki, bu barədə parlamentin Hesablama Komitəsinin sədri Lilit Minasyan bildirib.
105 deputatdan 89-u səsvermədə iştirak edib. 62 deputat lehinə, 27-si isə əleyhinə səs verib.