BAKI, 2 iyul. TELEQRAF
“Ermənistan və Avropa İttifaqı (Aİ) bir-birinə heç vaxt olmadığı qədər yaxındır”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan İrəvanda Avropa Komissiyasının prezidenti Ursula fon der Leyenlə görüşündə deyib.
“Ermənistan və Avropa İttifaqı bir-birinə heç vaxt olmadığı qədər yaxındır. Bu, hər keçən gün daha konkret məzmun qazanır, təkcə siyasi deyil, həm də praktiki və iqtisadi sahələrdə öz əksini tapır”, - o bildirib.