BAKI, 2 iyul. TELEQRAF

“Qonşu ölkələrlə açıq sərhədlər Ermənistanın iqtisadi gələcəyini dəyişdirəcək”.

Teleqraf xəbər verir ki, bunu Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen İrəvanda Ermənistan Baş nazir Nikol Paşinyanla görüşündə deyib.

“Ermənistan Avropa İttifaqına yaxınlaşdıqca, Cənubi Qafqaz da yaxınlaşır. Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanması tarixi hadisədir”, - o bildirib.

Leyen əlavə edib ki, bu, Cənubi Qafqazın onilliklər ərzində atdığı ən vacib addımlardan biridir:

“Eyni şey Türkiyə ilə münasibətlərin normallaşdırılmasına da aiddir. Bu qərarlar siyasi cəsarət və liderlik tələb edirdi, bilirəm ki, bunun bəhrələri böyük olacaq. Açıq sərhədlər Ermənistanın iqtisadi gələcəyini dəyişdirəcək və Ermənistanı dünyanın ən strateji əhəmiyyətli yol qovşaqlarında möhkəmləndirəcək”.