BAKI, 1 iyul. TELEQRAF
Avropa İttifaqı (Aİ) Azərbaycanla tərəfdaşlığı daha da dərinləşdirmək niyyətindədir.
Teleqraf xəbər verir ki, bunu Azərbaycanda səfərdə olan Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen deyib.
“Avropa İttifaqı Cənubi Qafqazın bir-birinə bağlı, dinc və firavan gələcəyinə inanır. Biz bu gələcəyin qurulmasına töhfə vermək istəyirik. Mən həmçinin Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlığı daha da dərinləşdirmək üçün buradayam. Ticarətdən nəqliyyata, enerjidən iqtisadiyyata qədər bütün sahələrdə əməkdaşlığımızı inkişaf etdirmək niyyətindəyik”, - prezident sosial media hesabında yazıb.