BAKI, 30 iyun. TELEQRAF

Gürcüstan daxili işlər naziri Sulxan Tamazaşvili Ermənistana rəsmi səfərə gəlib.

Teleqraf Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu, Gürcüstan daxili işlər nazirinin Ermənistana ilk rəsmi səfəridir.

Ermənistan daxili işlər naziri Arpine Sarkisyan həmkarını rəsmi mərasimlə qarşılayıb.

Səfər çərçivəsində Sulxan Tamazaşvilinin Ermənistanın Baş naziri Nikol Paşinyan və Milli Təhlükəsizlik Xidmətinin (MTX) rəhbəri Andranik Simonyanla görüşləri nəzərdə tutulub.

Tərəflərin ikitərəfli əməkdaşlıq, regional təhlükəsizlik və digər qarşılıqlı maraq doğuran məsələləri müzakirə edəcəyi gözlənilir.