BAKI, 26 iyun. TELEQRAF

Ermənistan parlamentinin sədri Alen Simonyan məhkəmədə sabiq prezident Robert Köçəryanı udub.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Xatırladaq ki, Robert Köçəryan Alen Simonyanı məhkəməyə verərək onun şərəf və ləyaqətini, eləcə də nüfuzunu ləkələdiyini iddia etmişdi.

Məhkəmə qərar verib ki, parlament sədrinin səsləndirdiyi fikirlərdə böhtan və ya təhqir elementi mövcud olmayıb.