BAKI, 25 iyun. TELEQRAF

“Avrasiya İqtisadi Birliyi (AİB) məsələsi məni narahat etməməyə bilməz, amma biz nə qədər narahatdırsa, AİB-in digər tərəfdaşları da narahat olmalıdır”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş nazir Nikol Paşinyan deyib.

“AİB-in digər üzv ölkələri Ermənistanın vəziyyətindən narahatdırlarmı? Əmin olun ki, narahatdırlar, çünki hamı başa düşür ki, eyni hal sabah onların da başına gələ bilər. Əgər bu problemi tezliklə həll etməsək, bu, AİB-in dağılmasını qaçılmaz edəcək.

Ermənistan qarşısına AİB-dən çıxmaq məqsədi qoymayıb. Amma mövcud problemlər aradan qaldırılmasa və birliyin əsas prinsipləri işləməsə, AİB-nin dağılması qaçılmaz nəticəyə çevrilə bilər”, - Baş nazir qeyd edib.

Xatırladaq ki, Rusiya Ermənistandan Avrasiya İqtisadi Birliyi və Avropa İttifaqı arasında seçim tələb edir. Rəsmi Moskvanın fikrincə, Ermənistanın Avropa İttifaqına üzvlüyü qərarı AİB-ə üzvlüyə uyğun gəlmir.