BAKI, 24 iyun. TELEQRAF
Ermənistanda fəaliyyət göstərən “HayQve” birliyinin koordinatoru Avetik Çələbyan saxlanılıb.
Teleqraf xəbər verir ki, bu barədə “HayQve”dən yerli mediaya bildirilib.
Ermənistan İstintaq Komitəsi də A. Çələbyanın davam edən cinayət işi çərçivəsində saxlanıldığını, daha sonra geniş rəsmi açıqlama veriləcəyini bəyan edib.