BAKI, 20 iyun. TELEQRAF

“Avropa Parlamentinin qətnamələri artıq bütün dəyərini itirib, bunlar gürcü xalqını maraqlandırmır”.

Teleqraf xəbər verir ki, bunu Gürcüstan Baş naziri İrakli Kobaxidze deyib.

Hökumət başçısının sözlərinə görə, Gürcüstan cəmiyyəti Avropa İttifaqı (Aİ) və Avropa Parlamenti tərəfindən ədalətli münasibətə layiqdir.

“Artıq neçənci qətnamənin qəbul edildiyini belə xatırlamıram. Bu qətnamələr gürcü xalqını maraqlandırmır. Burada maraqlı detal da var: qətnamədə açıq şəkildə ayrı-seçkilik və diskriminasiya xarakterli tələb görünür. Bəyan edirlər ki, yalnız agentura Avropa İttifaqı ilə vizasız rejimi saxlamalıdır. Əlbəttə, bu, gürcü xalqına münasibətdə sağlam yanaşma deyil.

Gürcü cəmiyyəti Avropa bürokratiyası və Avropa Parlamenti tərəfindən ədalətli münasibətə layiqdir. Amma görürük ki, bu gün fərqli yanaşmalar formalaşıb. Yalnız agenturanın vizasız rejimdən yararlanmasına icazə vermək olmaz”, - İrakli Kobaxidze bildirib.