BAKI, 19 iyun. TELEQRAF

Tbilisi Şəhər Məhkəməsi 2025-ci il oktyabrın 4-də nümayişlər zamanı prezident sarayına basqında iştirakda ittiham olunan 7 nəfəri təqsirli bilib və onlara müxtəlif müddətli həbs cəzası verib.

Teleqraf xəbər verir ki, bu barədə Gürcüstanın “İmedi” telekanalı məlumat yayıb.

Gürcüstan vətəndaşları Konstantin Kokaiya, David Sturua, David Jqenti, Kaxaber Mjavanadze, Zakro Altunaşvili və Giorgi Çaxunaşvili 5 il müddətinə azadlıqdan məhrum edilib. İya Daraxvelidze 3 il həbs cəzası alıb.

Bundan əvvəl prezident sarayına basqınla əlaqədar saxlanılan 22 nəfər günahlarını boynuna alıb. Məhkəmə onları 3 il şərti azadlıqdan məhrum edib.