BAKI, 17 iyun. TELEQRAF

Gürcüstan baş nazirinin müavini və müdafiə naziri İrakli Çikovani Parisdə fransalı həmkarı Ketrin Votrin ilə görüşüb.

Teleqraf xəbər verir ki, bu barədə Gürcüstan Müdafiə Nazirliyi məlumat yayıb.

Görüşdə iki ölkə arasında müdafiə sektorunda, mədənçilik, təhsil və hava hücumundan müdafiə sahələrində səmərəli əməkdaşlıq nəzərdən keçirilib, gələcək perspektivlər müzakirə edilib.