BAKI, 15 iyun. TELEQRAF
Gürcüstan və Çinin xarici siyasətdə sülh kursu başda olmaqla bir çox ortaq cəhətləri var.
Teleqraf xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Çinin CGTN telekanalına müsahibəsində deyib.
Onun sözlərinə görə, Pekinə səfərin əsas məqsədi iki ölkə parlamentləri arasında əməkdaşlığı gücləndirməkdir:
"Gürcüstan və Cənubi Qafqaz regionu Avropa ilə Asiyanı birləşdirən ən sürətli və ucuz marşrutu təklif edir. Bu səbəbdən Tbilisi logistika infrastrukturunun inkişafına üstünlük verir və bu sahədə Çinlə daha sıx tərəfdaşlıq etmək niyyətindədir".