BAKI, 9 iyun. TELEQRAF
“Ermənistan və Azərbaycan arasında sərhəd delimitasiyası üzrə konkret xəritə var və həmin istiqamətdə işlər bunun əsasında aparılır”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Edvard Asryan jurnalistlərlə keçirdiyi brifinqdə delimitasiya ilə bağlı fikir ayrılığının olub-olmadığı sualına cavab olaraq bildirib.
“Delilimitasiya işlərinin əsasnaməsi var və həmin əsasnamə müvafiq ilin xəritəsi üzrədir. Baş Qərargah həmin xəritəyə malikdir, işimizi həmin xəritənin tələblərinə uyğun olaraq həyata keçiririk. Delimitasiya komissiyasına həmçinin Silahlı Qüvvələrin hərbi kartoqrafiyanı və həmin xəritənin bütün tələblərini çox yaxşı bilən nümayəndəsi də daxildir”, - o bildirib.
Edvard Asryan tərəflər arasında hansısa fikir ayrılıqlarını istisna edib.