BAKI, 9 iyun. TELEQRAF
“Rusiyanın digər ölkələrə siyasi təsiri azalır, müstəqil və azad Ukrayna da Moskva üçün ən böyük və siyasi cəhətdən ən təhlükəli ölkədir”.
Teleqraf xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “The Guardian”a verdiyi müsahibədə deyib.
Ukrayna lideri bildirib ki, Rusiyanın digər ölkələrə siyasi təsiri azalır:
“Azərbaycan artıq müstəqildir. Ermənistanda keçirilən son seçkilər onun müstəqilliyi üçün böyük uğur oldu. Düşünürəm ki, ruslar Moldovanı da itiriblər. Əlbəttə, Ukraynanı da itirmək istəmirlər, çünki müstəqil və azad Ukrayna Rusiya üçün ən böyük və siyasi cəhətdən ən təhlükəli ölkədir”.
Volodimir Zelenski əlavə edib ki, Ukrayna Avropa İttifaqına üzv olduqda Moskvanın müxtəlif ölkələrlə, xüsusən də Cənubi Qafqazda problemləri olacaq və Rusiya boyunca müxtəlif xalqlar bu barədə suallar qaldıracaqlar.