BAKI, 5 iyun. TELEQRAF

Ermənistanın Dövlət Əmlakının İdarə Edilməsi İdarəsinin keçmiş rəisi, müxalif “Respublika” partiyasının üzvü Arman Saakyan həbs edilib.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Ermənistanın Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən dünən saxlanılan A. Saakyan barəsində bu gün seçkilərlə əlaqədar rüşvət vermək ittihamı ilə iki aylıq həbs qətimkan tədbiri seçilib.

Məlumata görə, “Respublikaçı” partiyasının sədr müavini Armen Aşotyan da korrupsiya, külli miqdarda çirkli pulların yuyulması maddələri üzrə açılan cinayət işi çərçivəsində həbs olunub.

Xatırladaq ki, “Respublikaçı”nın sədri Ermənistanın keçmiş prezidenti Serj Sərkisyandır.