BAKI, 4 iyun. TELEQRAF
“Ermənistan rəhbərliyi bir kurs seçməlidir, çünki Avrasiya İqtisadi Birliyi (AİB) və Avropa İttifaqı arasında iki stulda otura bilməyəcək”.
Teleqraf xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
“KTMT ilə bağlı müxtəlif söz oyunları və məntiqi manipulyasiyalar eşidirik. Deyirlər ki, guya KTMT Ermənistandan çıxıb. Bu uydurma yeni ifadə heç alınmır. AİB də Ermənistandan çıxmayıb”, – deyə diplomat bildirib. Ermənistan rəhbərliyinin Aİ və AİB arasında iki stulda oturmaq niyyəti alınmayacaq”, - o vurğulayıb.
Zaxarova qeyd edib ki, Rusiyanın İrəvanın Ukraynanı dəstəkləyən Aİ-yə daxil olması üçün pul ödəmək niyyəti yoxdur:
“Bu ittifaq ölkəmizə və dünyanın digər dövlətlərinə qarşı açıq düşmənçilik siyasəti yürüdür və Kiyev terrorçularını (Ukraynanı nəzərdə tutur – red.) dəstəkləyir. Onları təkcə dəstəkləmir, həm də maliyyələşdirir”.