BAKI, 1 iyun. TELEQRAF
“Ermənistan və Azərbaycan arasındakı sülh prosesi regional gündəmin əsas mövzularından biri olaraq qalır, son hadisələr sülhə doğru əhəmiyyətli irəliləyişlər göstərsə də, sülh hələ də kövrək olaraq qalır və beynəlxalq ictimaiyyətin davamlı dəstəyini tələb edir”.
Teleqraf xəbər verir ki, bunu BMT və UNESCO yanında Sülh Universitetinin səfiri və daimi müşahidəçisi David Fernandes Puyana Ermənistan mediasına deyib.
“Sülhə doğru mühüm və önəmli ddımlar görürəm. Bu baxımdan, ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə 2025-ci il avqustun 8-də Vaşinqtonda imzalanmış sülh bəyannaməsi xüsusilə diqqətəlayiqdir. Amma sülh çox kövrəkdir və beynəlxalq ictimaiyyətin davamlı dəstəyini tələb edir”, - o bildirib.