BAKI, 26 may. TELEQRAF
ABŞ və Ermənistan TRİPP layihəsi çərçivəsində strateji tərəfdaşlığa dair sənəd imzalayıblar.
Teleqraf xəbər verir ki, tərəflər arasında mineralların və nadir faydalı qazıntıların tədarükünün təmin edilməsi üzrə çərçivə planı da imzalanıb.
Sənədi ABŞ dövlət katibi Marco Rubio və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İrəvanda imzalayıblar.