BAKI, 23 may. TELEQRAF

Avropa İttifaqının (Aİ) Gürcüstandakı nümayəndəliyinin rəhbəri Pavel Qerçinskinin mandatının müddəti uzadılıb.

Teleqraf xəbər verir ki, bu barədə Aİ-nin Gürcüstandakı nümayəndəliyi məlumat yayıb.

Qeyd edək ki, P.Qerçinskinin dördillik səlahiyyət müddəti normalda bu ilin sentyabrında başa çatmalı idi.