BAKI, 21 may. TELEQRAF
“ABŞ və Ermənistan hökuməti ötən həftə TRIPP layihəsi ilə bağlı razılaşmalar üzrə danışıqların aparıldığını bəyan edib”.
Teleqraf xəbər verir ki, bunu ABŞ-nin Ermənistandakı müvəqqəti işlər vəkili Devid Allen TRIPP-lə bağlı irəliləyişin olub-olmadığı ilə bağlı suala cavab olaraq deyib.
“Hazırda bu barədə yeni açıqlama yoxdur, amma bu istiqamətdə iş və irəliləyiş davam edir”, - diplomat qeyd edib.